Oktyabrın 22-də Azərbaycan Respublikasına işgüzar səfərə gələn İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əhməd Vəhidinin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Görüşdə iki ölkə arasında əlaqələr, regional təhlükəsizlik məsələləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Səfər Əbiyev münaqişə ilə bağlı danışıqların getdiyini və bununla paralel olaraq Azərbaycanın öz ordusunu gücləndirərək torpaqlarının hər an işğaldan azad etməyə hazır olmağının vacibliyini bildirib.