AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 3-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmeni qəbul edib.
Nazir Səfər Əbiyev yeni təyinatı ilə bağlı səfiri təbrik edərək ona uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasında hərbi əlaqələrin mövcud durumu, regionda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.