Noyabrın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ABŞ-ın Hərbi Dəniz Qüvvələri katibi Rey Mabusla görüşü olub.
Nazir Səfər Əbiyev ABŞ-Azərbaycan hərbi dəniz qüvvələri arasında əlaqələrin mövcud durumundan danışıb. Öz növbəsində Rey Mabus səfərinin ABŞ-ın Azərbaycana verdiyi əhəmiyyətin tərkib hissəsi kimi qiymətləndirməyin vacibliyini vurğulayıb.
Görüş zamanı regiondakı vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza da iştirak edib.