AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO baş katibinin müdafiə siyasəti və planlaşdırma üzrə müavini Hüseyn Diriözü qəbul edib.
Görüşdə NATO ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, bölgədə hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafinda fikir mübadiləsi aparılıb.