Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2011 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradke, Bernar Fasye (sabiq həmsədr), İqor Papov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Fransadan olan yeni həmsədr Jak Foru qəbul edib. Yeni təyinat alan həmsədr müdafiə nazirinə təqdim olunandan sonra müzakirələrə başlanılıb.
Görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bölüşüblər.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında davam edən danışıqların mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.