AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikası Silahlı Qüvvələrinin Hərbi, Hərbi Hava və Hərbi dəniz attaşesi baş polkovnik Cyan Çuanı qəbul edib.
Görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud hərbi əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.