Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 30-da Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə ABŞ-la Azərbaycan arasındakı hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, bölgədə hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Səfər Əbiyev Metyu Brayzanın fəaliyyətini yüksək qiymətləndirib və bundan sonrakı işlərində ona uğurlar arzulayıb.