Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2013 09:00

Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində Dövlət bayrağı günü qeyd edilib

Müdafiə Nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə "Bayrağımız - qürur mənbəyimiz" mövzusunda təntənəli mərasim təşkil edilib.
Tədbirdə zabit heyəti ilə bərabər ölkənin veteran ictimaiyyətinin nümayəndələri, alimlər və sənət adamları iştirak ediblər.
Mərasimdə çıxış edən natiqlər Dövlət bayrağının statusu haqqında qanundan, dövlətçiliyimizin mühüm atributu kimi Azərbaycan bayrağına, milli-mənəvi dəyərlərə hörmət və müqəddəs dövlətçilik rəmzlərinə böyük ehtiram hisslərinin gənc nəslə aşılanmasının vacibliyindən danışıblar. Bu istiqamətdə aparılan işlərdə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin xidmətləri mərasim iştirakçıları tərəfindən xüsusi vurğulanıb.
Tədbir Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının kollektivinin təqdim etdiyi maraqlı bayram proqramı ilə sona çatıb.