Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Noyabr 2016 09:00

Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi başa çatıb

Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi başa çatıb.
Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak edib, mədəni-kütləvi tədbirlər keçirilib və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olublar.