Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2023 17:09

Müdafiə Nazirliyinin bazasından Türkiyəyə növbəti yardım göndərilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin təminat bazasından qardaş ölkəyə qış səhra çadırları, ədyallar, çarpayılar, yataq kisələri, qızdırıcılar, elektrik generatorları və digər zəruri əşyalardan ibarət növbəti yardım yük avtomobili vasitəsilə qardaş ölkəyə göndərilib.