Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyul 2017 11:42

Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin yeni inzibati binasının açılışı olub

Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin əsaslı təmirdən sonra inzibati binasının açılış mərasimi keçirilib.
Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin rəhbərliyinə məlumat verilib ki, yüksək texnologiyalı bütün kommunikasiya xətləri, yeni mebel və digər zəruri avadanlıqlarla təchiz edilmiş üç mərtəbəli bina inzibati, xidməti iş otaqlarından və konfrans zalından ibarətdir.
Mərasimdə Baş İdarənin fəaliyyəti və xidmətin təşkili ilə bağlı ətraflı brifinq təqdim olunub.
Tədbir iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.