Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir. İyunun 6-da Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin Komanda İdarəetmə Mərkəzinin yeni inzibati binasının açılış mərasimi keçirilib.
Mərkəzin fəaliyyəti və xidmətin təşkili ilə barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənova brifinq təqdim olunub. Məruzə olunub ki, Mərkəz yüksək texnologiyalı bütün kommunikasiya xətləri və digər zəruri avadanlıqlarla təchiz edilmiş inzibati və xidməti iş otaqlarından ibarətdir.
Komanda İdarəetmə Mərkəzinin əsas təyinatı bilavasitə tabelikdə olan qüvvə və vasitələrin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin olunması, qoşunlardan və qərargahlardan daxil olan məlumatların təhlil olunaraq yuxarı komandanlığa təqdim edilməsidir.
Hər bir istiqamət üzrə əməliyyat şəraiti optik-elektron müşahidə vasitələri ilə daim nəzarətdə saxlanılır, hava və suüstü şəraitə nəzarət isə qoşun növlərinin qüvvə və vasitələri ilə qarşılıqlı fəaliyyətdə fasiləsiz həyata keçirilir.