VİDEO" /> VİDEO">
AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Nazirliyin, Medianın İnkişafı Agentliyinin və media nümayəndələrinin iştirakı ilə təlim-treninq keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov çıxış edərək Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası və tədbirin məqsədi barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Təlim-treninqin əvvəlində iştirakçılar “İnformasiya təhlükəsizliyi, dövlət sirrinin qorunması”, “Dezinformasiyaya qarşı mübarizə və böhran kommunikasiyası”, “Ordu-cəmiyyət münasibətləri, vətənpərvərlik təbliği və ictimai diplomatiya”, “Media ilə qarşılıqlı fəaliyyət, ictimai nəzarət və sosial məsuliyyət”, “Hərbi etik normalar və peşə məsuliyyəti” və digər mövzularda nəzəri biliklərə yiyələniblər.
Sonra media nümayəndələri Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin hərbi hissələrində şəxsi heyətin gündəlik fəaliyyətini izləyib və yaradılan şəraitlə yaxından tanış olublar.
Hərbi hissələrə səfər zamanı bölmələrin arsenalında olan müasir silah və döyüş texnikası qonaqlara təqdim edilib.
Təlim-treninqin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənildikdən sonra iştirakçılara sertifikatlar təqdim olunub.