Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Mart 2015 09:00

Müdafiə Nazirliyində Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi ilə görüş keçirilib

Martın 12-də Avropa Şurasının Parlament Assambleyasının Siyasi Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi cənab Robert Uolterin başçılıq etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində olub.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev münaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə Azərbaycanda iki günlük səfərdə olan qonağa regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məlumat verib və onu maraqlandıran bir sıra sualları ətraflı cavablandırıb.