Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Mart 2020 17:25

Müdafiə Nazirliyi tərəfindən vətəndaşların qəbulu və qeydiyyatı müvəqqəti olaraq yalnız elektron qaydada və telefon vasitəsilə həyata keçirilir

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə yaradılan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın apardığı mübarizə tədbirləri ilə əlaqədar Müdafiə Nazirliyi tərəfindən vətəndaşların qəbulu və qeydiyyatı müvəqqəti olaraq yalnız elektron qaydada və telefon vasitəsilə həyata keçirilməyə başlayıb.
Müraciətlərin fasiləsiz qəbulu və baxılmasının operativliyinin təmin edilməsi məqsədilə vətəndaşların Müdafiə Nazirliyinin pressmd@mod.gov.az, dti@mod.gov.az elektron poçt ünvanlarına və ya (012) 912 qaynar xətt nömrəsinə müraciət etmələri xahiş olunur.