Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2020 10:24

Müdafiə Nazirliyi: “Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur”

Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.
Bununla əlaqədar bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.
Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur.