Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2018 11:04

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan birgə tədbirlər planı icra olunur

Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan birgə tədbirlər planına əsasən hərbi hissələrdə bir sıra görüşlər təşkil olunub.
Cəbhə bölgəsində yerləşən bölmələrdə keçirilən görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər həyata keçirilir, eləcə də müxtəlif mövzularda mühazirələr təqdim edilir.