Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2017 13:15

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb. Plana əsasən, nəzərdə tutulan tədbirlərin icra vaxtı, yeri, məsul qurumlar və şəxslər müəyyən edilib.
İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun əməkdaşlarının iştirakı ilə tədbirlər keçiriləcək.
Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların və mütəxəssislərin iştirakı ilə təşkil olunacaq tədbirlərdə müxtəlif mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.