Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Fevral 2017 10:00

Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında illik tədbirlər planı imzalanıb

Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb. Sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra müddəti, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.
İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, təhsil və tədris  müəssisələrində şair, yazıçı və elm xadimlərinin iştirakı ilə görüşlər, “dəyirmi masa”lar keçiriləcək. Bundan əlavə, vətənpərvərlik mövzusunda müsabiqələrin, şeir saatlarının, müharibəyə dair əsərlərin oxucu müzakirələrinin təşkili və digər fəaliyyətlər də nəzərdə tutulub.