Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Oktyabr 2021 10:32

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək

Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.
Hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.
Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.