Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2016 17:57

Müdafiə nazirinin tapşırığına əsasən şəhid və yaralıların ailələrinə baş çəkilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Təsdiq olunmuş plan uyğun ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi hissələrə səfərlər, muzey və abidələrə ekskursiyalar təşkil edilib, eləcə də müxtəlif bayram konsertləri, viktorinalar, mədəni-kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilib.
Müdafiə nazirinin tapşırığına əsasən, bütün hərbi hissələrin komandanlıqları və şəxsi heyəti bayramlarla əlaqədar şəhid və yaralıların ailələrinə baş çəkib, onların övladlarına sovqatlar və hədiyyələr təqdim ediblər.