Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2021 15:27

Müdafiə nazirinin müavini hərbi qulluqçularla görüşüb

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissələri ziyarət edib.
Hərbi qulluqçuların sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə maraqlanan nazir müavini Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb.
General-leytenant N.Osmanov xidmətin daha yaxşı təşkili, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə çatdırıb.
Sonda hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.