Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2015 09:00

Müdafiə naziri Xorvatiyanın Xarici İşlər Nazirliyi və İqtisadiyyat Palatasında görüşlər keçirib

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra görüşlər keçirib.
Xorvatiyanın Xarici İşlər nazirinin birinci müavini cənab Yoşko Klisoviçlə keçirilən görüşdə hər iki ölkənin yerləşdiyi coğrafi regionlardakı təhlükəsizlik və qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
General-polkovnik Z.Həsənov Ermənistanın Cənubi Qafqaz bölgəsindəki sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasını diqqətə çatdırıb.
Xorvatiyanın İqtisadiyyat Palatasında olan Müdafiə naziri general-polkovnik Z.Həsənov Palatanın sədri cənab Luka Buriloviçlə görüşüb. Tərəflər ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Sonra Müdafiə nazirinə Xorvatiyanın müdafiə sənayesinə daxil olan şirkətlər haqqında geniş prezentasiyalar təqdim olunub.
Səfər davam edir.