Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2022 16:59

Müdafiə naziri Türkiyənin Milli Müdafiə Universitetini ziyarət edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfəri çərçivəsində qardaş ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.
General-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və digər dövlətlərin nümayəndələri ilə birgə universitetin “Şərəf kitabı”nı imzalayıb.
Sonra qonaqlara Zəfər Bayramının 100-cü ildönümü münasibətilə təşkil olunan konsert proqramı təqdim edilib.