AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşqunu qəbul edib. Azərbaycanın müdafiə naziri yeni səfiri təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq məsələləri, bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.