AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 11-də Azərbaycan Respublikasının müdafiə naziri general polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının jandarma baş komandanı ordu generalı Bəkir Kalyoncunu qəbul edib.
Qarşılıqlı hərbi əməkdaşlığın inkişaf etdirilməsi və hərbi təhsil sahəsində əlaqələrin möhkəmləndirlməsi görüşün əsas mövzularından olub. Bölgədə hərbi vəziyyət barədə də geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc da iştirak edib.