Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2020 11:48

Müdafiə naziri təlimin komanda idarəetmə məntəqəsində olub - VİDEO

Genişmiqyaslı komanda-qərargah təlimləri davam edir.
Təlimin növbəti mərhələsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində ərazidə açılmış təlimin komanda idarəetmə məntəqəsində olaraq qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.
Ümumi əməliyyatların planlaşdırılması, təminat, döyüşü idarəetmə, artilleriya, hava hücumundan müdafiə və digər qoşun növlərinin idarəetmə qruplarına, maket və taktiki sinif otaqlarına baş çəkən Müdafiə naziri idarəetmə orqanlarının fəaliyyəti xüsusilə silahlanmaya yeni qəbul olunan döyüş vasitələrinin istifadəsi ilə bağlı müvafiq göstərişlər verib.