Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Dekabr 2015 09:00

Müdafiə naziri Rusiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Yeni hərbi attaşe təqdim olunub

Dekabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ilə görüşüb.
Azərbaycan ilə Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirildiyi bildirilərək illik əməkdaşlıq planına əsasən Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında keçirilən işçi görüşlərinin, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərləri və təlimlərinin də keçirilməsi qeyd olunub.
Səfir V.Doroxin ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik İqor Lobastovu Müdafiə nazirinə təqdim edib.