Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2012 09:00

Müdafiə naziri Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşavirini qəbul edib


 


    Fevralın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanı qəbul edib.
    Ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nazir Səfər Əbiyev bölgədə hərbi-siyasi duruma da toxunub. Azərbaycan torpaqlarının bu günədək işğal altında qaldığını qonağın diqqətinə çatdıran nazir Minsk Qrupunun fəaliyyətin də konkret nəticə vermədiyindən təəssüfləndiyini bildirib.
    Görüş zamanı Yulian Fota Rumıniya və Azərbaycan arasında mövcud strateji əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduqlarını ifadə edib. Qonaq həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti ilə bağlı Azərbaycanın probleminə yaxından bələd olduğunu da vurğulayıb.
    Görüşdə Azərbaycan Respublikası prezidentinin müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu iştirak edib.