Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2017 13:23

Müdafiə naziri Minsk şəhərindəki Qələbə abidəsi önünə əklil qoyub

General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda rəsmi səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti oktyabrın 9-da Minsk şəhərindəki Qələbə meydanını ziyarət edib. Ənənəyə uyğun olaraq nümayəndə heyətinin rəhbəri Qələbə abidəsinin önünə əklil qoyub, digər üzvləri isə memorial qarşısına çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.
Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyətinin Belarusa rəsmi səfəri davam edir.