Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2022 16:06

Müdafiə naziri İsrailin "Rafael" şirkətinin rəhbəri ilə görüşüb

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin "Rafael" şirkətinin rəhbəri cənab Yoav Har-Even ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb, eyni zamanda Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb.