Oktyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığının ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarezi qəbul edib.
Regionda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə ispaniyalı qonağı məlumatlandıran Müdafiə naziri iki ölkə arasında hərbi əlaqələrin həm NATO proqramları, həm də ikitərəfli əməkdaşlıq əsasında həyata keçirildiyini və bu münasibətlərin genişləndirilməsi istiqamətində davamlı addımların atılmasını xüsusi vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.