Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Mart 2015 13:00

Müdafiə naziri hərbi şəhərcikdə aparılan əsaslı tikinti işlərini yoxlayıb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi obyektlərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində hərbi qarnizonlarda aparılan işlər davam etdirilir.
Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov yeni tikilən hərbi şəhərcikdə aparılan inşa işlərinin gedişatını yoxlayıblar.
Müdafiə naziri ərazinin perspektiv tikinti-quruculuq planına baxıb, inşa işlərini aparan heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.
Hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş yataqxana kompleksi də inşa edilir.