Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Noyabr 2016 09:00

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.
Hərbi Hava Qüvvələrinin tabeliyində olan birləşmə, hərbi hissə və bölmələrin fasiləsiz və operativ idarə edilməsini təmin etmək üçün komanda məntəqəsinin elementlərinin səhra şəraitində yerləşdirilməsi və onun fəaliyyəti barədə Müdafiə nazirinə məruzə olunub.
İdarəetmənin, təminatın, yardımçı qrupların, məntəqələrin işinin, döyüş növbətçiliyinin təşkili və aparılması məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təmin edilən mobil qərargahda fəaliyyətləri izləyən Müdafiə naziri müvafiq göstərişlər verib.