Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2020 09:56

Müdafiə naziri HDQ-nin müasir Dalğıc Təlim Poliqonunun açılışında iştirak edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HDQ-nin hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektlərinin açılışında iştirak edib.
Müdafiə naziri hərbi hissənin ərazisindəki bina, qurğu və avadanlıqlara baxış keçirib.
Sonra Müdafiə naziri yenidən bərpa olunmuş müasir standartlara cavab verən  Dalğıc Təlim Poliqonunda olub. Məruzə olunub ki, poliqon xüsusi təyinatlıların dalğıc hazırlığı üzrə normativləri və sualtı döyüşün aparılması vərdişlərini məşq etdirmələri üçün nəzərdə tutulub. İnfrastruktura baxış keçirən Müdafiə naziri ərazidə yenidən qurulan hovuz, gəmi və qayıq avadanlıqları kompleksi, barokamera otağı, dalğıc cihazlarına texniki qulluq emalatxanası, suyadalma üçün universal qüllə və müxtəlif məqsədli sinif otaqlarında yaradılmış şəraitlə də tanış olub.
Ərazidə yeni inşa edilən müxtəlif məqsədli çoxsaylı maneələrdən ibarət maneə zolağı hərbi qulluqçuların döyüş və fiziki hazırlığı, eləcə də peşə bacarıqlarının  artırılması üçün nəzərdə tutulub.
Xüsusi təyinatlıların nümunəvi çıxışlarını izləyən Müdafiə naziri tapşırıqların daha keyfiyyətli icra edilməsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.