Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyul 2014 09:00

Müdafiə naziri Fransa Respublikası Müdafiə Nazirliyinin nümayəndəsini qəbul edib


İyulun 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikası Müdafiə Nazirliyinin Silahlandırma Baş İdarəsinin Avropa və Cənubi Amerika üzrə direktor müvini cənab Jan-Kristov Nuronu qəbul edib. Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye də iştirak edib.