Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matulanı qəbul edib.
Görüş zamanı ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub və səfir ölkəsinin Azərbaycan Respublikasına yeni təyin olunmuş hərbi attaşesini nazir S.Əbiyevə təqdim edib.
Görüşdə R.Matula ölkəsinin müdafiə nazirinin Çexiya Respublikasına rəsmi səfərə dəvət edilməsi ilə bağlı məktubunu Azərbaycanın müdafiə naziri S.Əbiyevə çatdırıb.