Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Dekabr 2018 17:00

Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib

Dekabrın 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib.  
Müdafiə naziri inşaatla bağlı əvvəl verilən tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret göstərişlər verib.
Kursantların sosial məişət şəraitinin daha da yaxşılaşdırılmasının vacibliyini bir daha vurğulayan general-polkovnik Z.Həsənov, gələcəyin zabitləri üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlərin həllinə dair müvafiq tapşırıqlar verib.