Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Sentyabr 2015 09:00

Müdafiə naziri Böyük Britaniya səfiri ilə görüşüb


Sentyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin nümayəndələrinin bəzi beynəlxalq qurumlar tərəfindən qəbul edilməsinin narahatçılıq doğurması ifadə olunaraq, bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Böyük Britaniyaya planlaşdırılan səfəri barədə məsələlər də müzakirə edilib.