İyulun 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviçlə görüşüb.
Görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələrdən razılıq ifadə olunub və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Ölkəmizdə olduğu müddətdə səfirlə əvvəlki görüşlərini xatırladan Müdafiə nazir diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda səfir səmimi qəbula görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.