Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Hərbi Dəniz Qüvvələrində “Müasir dövrdə dini təhlükəsizlik, ictimai-siyasi təhlükəsizliyin prioritet istiqamətləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın əməkdaşı, hərbi hissənin zabit və gizir heyəti iştirak ediblər.
DQİDK sədrinin müavini Səyavuş Heydərov dini radikalizmi doğuran səbəblərdən, İslam dünyasında baş verən proseslərdən danışıb. O, bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir.
1-ci dərəcəli kapitan Natiq Bağırov çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib.
Tədbirin sonunda iştirakçılara “Şəhadət” filmi nümayiş etdirilib.