Bakıda NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində DEEP nümayəndə heyəti ilə illik icmal görüşü keçirilib.
Görüşdə Milli Müdafiə Universitetində (MMU) təhsil sisteminin inkişafı və ötən ilki təcrübələrin mübadiləsi, həmçinin cari ilin 7-10 oktyabr tarixlərində universitetin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq elmi konfrans mövzuları müzakirə olunub.
Milli Müdafiə Universitetinin tabeliyində olan təhsil müəssisələrində keçirilən görüşlərdə yerli və xarici təhsil ekspertləri, universitet nümayəndələri iştirak ediblər.
Nümayəndə heyəti Milli Müdafiə Universitetində təhsil sahəsində həyata keçirilən yenilikləri yüksək qiymətləndirib və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıb.