Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2013 09:00

Milli Qurtuluş günü münasibəti ilə tədbirlər keçirilib


15 iyun - Milli Qurtuluş günü münasibəti ilə hərbi hissələrinin yerləşdiyi şəhər və rayon mərkəzlərində yaradılmış Heydər Əliyev muzeyi, park və xiyabanlarına şəxsi heyətin ziyarəti təşkil edilib və keçirilən tədbirlərdə hərbi qulluqçuların və onlanın ailə üzvlərinin iştirakı təmin olunub.
Birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Respublikanın görkəmli elm və mədəniyyət xadimlərinin, veteran təşkilatlarının iştirakı ilə mədəni-kütləvi tədbirlər təşkil edilib, ulu öndər Heydər Əliyevin xatirəsi bir daha yad olunub.
«Biz Heydər Əliyev ordusunun əsgərləriyik» adlı bədii təşviqat briqadası yaradılıb və Qarnizon Zabitlər evləri və klublarında çıxışlar təşkil edilib.