Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2019 18:05

Milli Qəhrəmanın xatirəsi anılıb - VİDEO

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Müdafiə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarının əməkdaşları, Qarabağ müharibəsi veteranları, qazilər, Milli Qəhrəmanın ailə üzvləri, döyüşçü yoldaşları və respublikamızın tanınmış incəsənət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Milli Qəhrəman Səfiyar Behbudovun şərəfli ömür yolundan, Qarabağ müharibəsi başladığı ilk günlərdən könüllü olaraq müdafiə qüvvələrində  düşmənlə mübarizədə göstərdiyi qəhrəmanlıq nümunələrindən danışaraq, xalqımızın belə mərd oğulların xatirəsini daima yaddaşlarda əbədi yaşadacağını vurğulayıblar.
Xatirə tədbiri Milli Qəhrəmanın həyat yolundan bəhs edən “Simurq ömrü” adlı sənədli video materialın nümayişi ilə davam edib.
Milli Qəhrəmanın bacısı Naibə Behbudova ailəsi adından çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin keçirilməsində əməyi olan hər kəsə  minnətdarlığını bildirib.
Milli Qəhrəmanın xatirə tədbiri xalq mahnılarından, vətənpərvərlik ruhlu musiqilərdən və hərbi marşlardan ibarət konsert proqramı ilə sona çatıb.