Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2024 18:16

Milli Qəhrəman Anatoliy Davidoviçin xatirəsi anılıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı, Belarus əsilli Davidoviç Anatoliy Nikolayeviçin anadan olmasının ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib, önünə Müdafiə Nazirliyi adından gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Həmçinin attaşelik aparatının nümayəndələri Milli Qəhrəmanın anası Kima Davidoviçin səhhəti və qayğıları ilə yaxından maraqlanıblar.
Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, A.Davidoviç Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanaraq hospitala təxliyə olunub, lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, o 1992-ci ilin iyun ayının 13-də şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli Fərmanı ilə mayor Davidoviç Anatoliy Nikolayeviçə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.