Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2023 17:20

Milli Müdafiə Universitetinin rəhbər heyətinin Türkiyə səfəri davam edir

Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş Türkiyə Respublikasına səfəri davam edir.
Səfərin proqramına uyğun olaraq Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikası Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edib.
Qonaqlar təhsil müəssisələrinin ərazisi, tədris korpusları və maddi-texniki bazasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olublar. Onlara tədris prosesi barədə ətraflı məlumat verilib.
Azərbaycan nümayəndə heyəti Quru Qoşunları Məktəbinin Atış və Təlim Komandanlığında azərbaycanlı kursantlarla görüşüb.
Hərbi qulluqçuların nümunəvi çıxışları izlənilib. Kursantlarla birgə nahar edilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, ziyarət çərçivəsində Azərbaycan nümayəndə heyətini Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri müşayiət edib.