Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Dekabr 2023 14:48

Milli Müdafiə Universitetinin nümayəndə heyəti UNEC-də olub

Cari ilin fəaliyyət planına uyğun olaraq gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və onlara dövlətçiliyə sədaqət hisslərinin aşılanması məqsədilə keçirilən tədbirlər davam edir.
Tədbirlər çərçivəsində Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub, tələbələrlə görüşüb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
UNEC-in professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə tələbələrlə gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda elm və təhsil sahəsində əməkdaşlıq haqqında bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.