Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində yaradılan 3 xüsusi təyinatlı hərbi kollecdən biri də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayan hərbi kollecdə tədris korpusları və sinif otaqları, yataqxana və digər inzibati binalar müasir avadanlıqlarla təchiz edilib.
Kursantların sağlamlığı və fiziki hazırlığının daim diqqət mərkəzində saxlanılması məqsədilə hərbi kollecdə idman zalı, futbol meydançası, müxtəlif idman qurğuları və digər obyektlər də mövcuddur.
Qeyd edək ki, Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul cari ilin may ayının 30-dək davam edir.