Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2023 14:51

Milli Müdafiə Universitetinin bir qrup nümayəndəsi Bolqarıstanda səfərdə olub

Milli Müdafiə Universitetinin bir qrup nümayəndəsi Bolqarıstan Respublikasının Varna şəhərində N.Y.Vaptsarov adına Ali Hərbi Dənizçilik Məktəbi və professor P.Stoyanov adına Varna Tibb Universitetini, eləcə də Sofiya şəhərində yerləşən Hərbi Tibb Akademiyasını ziyarət edib.
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rəisi tibb xidməti polkovniki Çingiz Əlləzovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşlərdə hərbi tibb təhsili və elmi sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Səfər zamanı hərbi tibb personalının hazırlanması ilə bağlı təcrübə mübadiləsi və rəsmiləşdirilməsi nəzərdə tutulan birgə elmi və təhsil fəaliyyətinə dair razılıq əldə olunub.
Azərbaycan nümayəndə heyəti, həmçinin Hərbi Tibbi Simulyasiya Mərkəzində NATO ilə birgə keçirilən sanitar təlimatçılar, kursantlar və hərbi həkimlərin təlimini izləyib.