Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2023 11:06

MİK-in voleybol komandası Azərbaycan çempionatında iştirak edəcək

Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2023/2024 illər mövsümünə start verilib.
Bakı İdman Sarayında keçirilən açılış mərasimində Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev, Azərbaycan Voleybol Federasiyasının İdarə heyətinin üzvləri, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev, Müdafiə Nazirliyinin Mərkəzi İdman Klubunun (MİK) rəisi polkovnik-leytenant Ramiq Orucov və digər qonaqlar iştirak ediblər.
Çempionatda kişilər arasındakı yarışda MİK-in “MOİK” komandası “AZERRAIL”, “Xarı Bülbül Laçın”, “Xarı Bülbül Şuşa”, “Murov Az Terminal” və “Neftçi” komandaları ilə mübarizə aparacaq.
Reqlamentə əsasən 4 dövrədən ibarət olan və dairəvi sistem üzrə keçiriləcək çempionatda ilk dörd pilləni tutan komandalar play-off mərhələsinə yüksələcəklər.
Təmsilçimiz ilk oyununu noyabrın 8-də “Xarıbülbül Şuşa” komandasına qarşı keçirəcək.